Suriyada yeni baş nazir Məhəmməd əl-Bəşirin rəhbərlik etdiyi yeni hökumət və Bəşər Əsəd hökumətinin nazirləri bir araya gəlib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yeni baş nazir Məhəmməd əl-Bəşir və yeni hökumət haqqında ilk paylaşım sosial media hesabından götürülüb.
İdlibdə yerləşən Suriya Qurtuluş Hökumətinin prezidenti Məhəmməd əl-Bəşir televiziya bəyanatında 2025-ci il martın 1-dək Suriya hökumətinin müvəqqəti baş naziri vəzifəsinə təyin olunduğunu açıqlayıb.
Hələb Universitetinin elektrik və elektronika mühəndisliyi fakültəsini 2007-ci ildə bitirən Əl-Bəşir martın 1-dək vəzifəsində olacaq.
Səlahiyyətlərin və qurumların təhvil verilməsi ilə bağlı yazıda aşağıdakı ifadələr yer alıb: \"Mühəndis Məhəmməd əl-Bəşirin başçılıq etdiyi Suriya Qurtuluş Hökumətinin inqilabçı nazirləri devrilmiş rejimin hökuməti ilə institutların ələ keçirilməsi və köçürülməsi prosedurlarını müəyyən etmək üçün görüşdülər\".
Qeyd edək ki, Suriyada müxalifət paytaxt Dəməşqə doğru irəlilədikdən sonra 61 illik Baas rejimi sona çatıb və Bəşər Əsəd Rusiyaya qaçıb.
Gülay