Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin cəlladlarından olan Təlal Dakkak edam edilib.
Axar.az xəbər verir ki, bu barədə “Heyət Təhrir əş-Şam” qruplaşması məlumat yayıb.
Məlumata görə, Təlal Dakkak Həma şəhərindəki Asi meydanında edam edilib.
Təlal Dakkak rejimə qarşı çıxan suriyalı müxaliflərə verdiyi işgəncələrlə tanınırdı. Onun bir sıra müxalifi saxladığı şirlərə yedizdirdiyi də bildirilir.