AZ

“Bakı Süd Co” nə qədər cərimələnəcək?

Bakıda süd və süd məhsullarının istehsalını, topdan və pərakəndə satışını həyat keçirən “Bakı Süd Co” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, “Bakı Süd Co” İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 469.3-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“Bakı Süd Co” MMC ilə bağlı iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. 16 dekabr tarixində hakim Şəfəq Məmmədovanın sədrliyi ilə işə baxılacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Seçilən
40
4
tribunainfo.az

7Mənbələr