Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 848,5 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 408 milyon ABŞ dolları pul köçürüb.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 33,75 % az və 1,6 % çoxdur.
O bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (411 milyon ABŞ dolları), Türkiyədən (133 milyon ABŞ dolları), ABŞ-dan (48 milyon ABŞ dolları), Gürcüstan (27 milyon ABŞ dolları) və Birləşmiş Krallıqdan (26 milyon ABŞ dolları) daxil olub:
“9 ayda ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (118 milyon ABŞ dolları), ABŞ (45 milyon ABŞ dolları), Rusiya (44 milyon ABŞ dolları), Gürcüstan (36 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (22 milyon ABŞ dolları) qərarlaşıb”.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, xaricdən gələn vəsaitin azalmasının əsas səbəbi Rusiyadır:
"Rusiyada rublun kəskin ucuzlaşması orada yaşayan soydaşlarımızın dollar ilə qazanclarına mənfi təsir göstərir. Əvvəllər 80 dollar 1 rubl olanda, onlar daha çox dollar ala bilirdilər. İndi isə bu vəziyyət dəyişib.
Nəticə etibarı ilə Rusiyada işləyən insanlar qazanclarının böyük bir hissəsini valyutaya çevirərək ölkəyə göndərirdilərdə, hazırda valyuta həcmi azalıb".
Natiq Cəfərli qeyd edib ki, Türkiyədə də türk lirəsinin kəskin ucuzlaşması ilə eyni problem özünü göstərir: