AZ

Suriyada onun tapılması üçün Türkiyə ilə işləyirik – Ağ Ev

2012-ci ildə Suriyada qaçırılan amerikalı jurnalist Ostin Taysın tapılması və ABŞ-a dönməsinə kömək üçün Türkiyə ilə birlikdə çalışırıq.

Axar.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

O, Bayden administrasiyasının O.Taysı tapıb azad etmək üçün əlindən gələni etdiyini və bu məsələnin onlar üçün mühüm prioritet olduğunu vurğulayıb:

“Ümid edirik ki, Tays sağdır. Biz onu tapmaq və evə qayıtmasına kömək etmək üçün Türkiyə ilə işləyirik”.

Xatırladaq ki, O.Tays 2012-ci il avqustun 14-də sərbəst jurnalist kimi Suriya vətəndaş müharibəsini işıqlandırarkən Dəməşq yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində qaçırılıb. Onun qaçırılmasını heç bir qruplaşma öz üzərinə götürməyib.

Seçilən
38
axar.az

1Mənbələr