AZ

Filarmoniyada Bəstəkarlar İttifaqının 90 illik yubileyi qeyd olunub

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Filarmoniyadan Kulis.az-a bildirilib ki, əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova konsertlə bağlı dinləyicilərə məlumat verib.

Bədii rəhbər və baş dirijor Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin, konsertmeyster Əməkdar artist Samirə Aşumovanın müşayiəti ilə solistlər - Əməkdar artistlər İlham Nəcəfov (tütək), İnarə Babayeva (soprano), Tural Ağasıyev (tenor), respublika və beynəlxalq müsabiqələr laureatları Natavan Həsənova (qanun), Rameş Paşayev (balaban) və Aftandil Hüseynov (nağara) dinləyicilər qarşısında çıxış ediblər.

Konsertdə “Musiqiyə dəvət”, “Məryəm” süitası, “Günəşim mənim” romansı, “Freska”, “Əbədi xatirə” (əsər şəhidlərimizin əziz xatirəsinə ithaf olunur), “Əsgərin duası”, iki hissdən ibarət “Turan motivləri”, Azərbaycan xalq melodiyaları əsasında xoreoqrafik-fantaziya - “Xarıbülbül”, “Azərbaycan rəqsi” və “Skertso” əsərləri səslənib.

Seçilən
27
kulis.az

1Mənbələr