AZ

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi: “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir”

"Hazırda “Şamaxı” ilə bağlı hər şey diqqətimizdədir, nəzarət edirik".

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Seymur Səlimli deyib.

O, son vaxtlar “Şamaxı”nın bəzi futbolçularının danışılmış oyunlarda iştirakı ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib:

“Sözügedən məsələ diqqətimizdədir. AFFA-nın mətbuat katibi Elnur Məmmədli də bu barədə məlumat verib. Ətraflı araşdırmalar aparıldıqdan sonra nəticələr ictimaiyyətə təqdim olunacaq. Hazırda hər şey diqqətimizdədir, nəzarət edirik. AFFA olaraq oyunlarda nümayəndələrimiz iştirak edirlər”.

Qeyd edək ki, “Şamaxı” iki gün öncə iki futbolçusu - Giorgi Kantariya və Adil Nağıyevlə yolları ayırıb.

İdman.biz

Seçilən
54
1
idman.biz

2Mənbələr