AZ

Hakan Fidan: Suriya yalnız kürdlərdən ibarət deyil...

Türkiyənin xarici işlər naziri Hakan Fidan dünən ölkə parlamentində çıxış edərək Suriyadakı son hadisələrlə bağlı Türkiyənin mövqeyini çatdırmağa çalışıb. Lakin onun qiymətləndirmələrinə etiraz edərək tez-tez kürd yönlü DEM partiyanın deputatları onun sözünü kəsiblər.

Məlumdur ki, Suriyadakı Türkiyəyönlü qüvvələr əvvəllər YPG-dən suriyalı kürdlərin nəzarətində olan şəhərlərə daxil olublar. Fidan aqressiv tərzə dözməyərək, reaksiya vermək qərarına gəlib:

“Sizin üçün Suriya yalnız kürdlər, kürdlər isə yalnız PKK-dır. Suriyaya bütöv baxın. Suriyada ərəblər, druzlar, kürdlər, ələvilər, sünnilər var. Orada çoxlu müxtəlif qruplar var. Ora sadəcə bir yer deyil”, deyə Fidan parlamentdə kürd DEM partiyadan olan deputatlara deyib.

Ülviyyə, Hurriyyet.az

Seçilən
23
hurriyyet.az

1Mənbələr