İranın ali dini lideri Ayətullah Əli Xamenei Suriyadakı rejim dəyişikliyinin təşkilatçılarının ABŞ və İsrail olduğunu deyib.
Musavat.com İran agentliklərinə istinadən xəbər verir ki, Xamenei bu məsələdə heç bir şübhəsinin olmadığını bildirib.
“Şübhəsiz ki, Suriyada baş verənlər ABŞ və İsraildəki komandanlıq məntəqələrində planlaşdırılıb. Suriyaya qonşu ölkələrdən biri də rol oynayıb, lakin əsas sui-qəsdçilər ABŞ və sionist rejimdir”, - o deyib.
Bundan əlavə, Ayətullah Suriyada hakimiyyət dəyişikliyinin regionda və İranın özündə iranpərəst “müqavimət cəbhəsini” zəiflətməsi ilə bağlı fikirləri rədd edib.
Musavat.com