AZ

Rüfət Səfərovun apelyasiya şikayəti təmin olunmadı

Məhkəmə hüquq müdafiəçisi Rüfət Səfərovun həbs qərarına verilən apelyasiya şikayətini təmin etməyib. Bu barədə məhkəmə qərarında bildirilib.
 
Rüfət Səfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə), 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham olunur.

Bundan əvvəl 2016-ci ildə Rüfət Səfərov barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb və o 9 il müddətinə azadlıqdan məhrum edilib. Lakin 2019-cu il Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa çıxıb. 
 
Aytac Zeynalova

www.anews.az
Seçilən
37
1
anews.az

2Mənbələr