AZ

Tramp məşhur investoru Türkiyəyə səfir göndərir

Donald Tramp investor Tomas Barakın ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” şəbəkəsində məlumat yayıb.

“Tom Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam. Tom 30 il ərzində özəl kapital şirkətinə uğurla rəhbərlik edib. Barak lazımi təcrübəyə və həm siyasi, həm də işgüzar dairələrdə hörmətə malikdir”, - Tramp bildirib.

Qeyd edək ki, Tom Barak “Colony Capital” investisiya firmasının təsisçisi, Trampın yaxın dostu və onun andiçmə komitəsinin keçmiş sədridir.

2021-ci ilin yayında o, Trampın xarici siyasətinə təsir etmək və BƏƏ-nin maraqlarına lobbiçilik etməkdə ittiham olunub. 2022-ci ilin noyabrında məhkəmə Barakı bütün maddələr üzrə təqsirsiz hesab edib.

Seçilən
14
5
axar.az

10Mənbələr