AZ

Koreya prezidentinin həbsinə icazə verildi

Cənubi Koreyanın Korrupsiyaya qarşı İstintaq İdarəsinin rəisi O Donq Un Prezident Yun Sok Yolun konstitusiya quruluşunu devirmək üçün qiyam törətdiyinə görə həbs olunmasına icazə verib.
Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

“Bu aspektlə bağlı çoxlu niyyətlər mövcuddur, amma istintaq proseduru, bununla bağlı tapşırıqlar var və biz onlarla məşğuluq”, - Donq Un bildirib.

Parlamentdə prezidentin həbsi ilə bağlı sualı cavablandıran məmurlardan biri isə deyib ki, ciddi şəkildə araşdırma aparılır və həbslə bağlı məsələlərə baxılacaq.

Qeyd edək ki, Yun Sok Yol bir müddət öncə Şimali Koreyanın təhlükəsizliyə təhdid yaratdığını əsas gətirərək hərbi vəziyyət elan etmiş, ancaq bir neçə saat sonra xalqın tələbi ilə hərbi vəziyyət rejimini ləğv etmişdi.
Seçilən
21
3
sherg.az

4Mənbələr