Vətəninfo.az xəbər verir ki, Rusiya dekabrın 11-nə keçən gecə Rostov vilayətinin Taqanroq şəhərinin raket hücumuna məruz qaldığını, nəticədə sənaye müəssisəsinin zədələndiyini və 14 avtomobilin yandırıldığını bildirib.
“İlkin məlumatlara görə, itki yoxdur. Dəymiş ziyanın məbləği müəyyənləşdirilir”, – qubernator Yuri Slyusar Telegram kanalında yazıb.
Taqanroq Rostov vilayətinin cənub-qərbində, Rostov-na-Donu ilə Mariupol şəhəri arasında yerləşir.
Bryansk da gecə saatlarında hücuma məruz qalıb, pilotsuz təyyarənin hücumu nəticəsində istehsalat zavodunda yanğın baş verib.