AZ

Fransa Gürcüstana ölkədəki vəziyyətlə bağlı yardım təklif edib

Fransa prezidenti Emmanuel Makron hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə telefon danışığı zamanı respublikadakı vəziyyəti müzakirə edib və böhranın həllinə köməklik təklif edib. Bu barədə "Gürcü Arzusu”nun mətbuat xidməti məlumat yayıb.

Noyabrın 28-də Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Etirazın səbəbi ölkənin baş naziri İrakli Kobaxidzenin bəyanatıdır. O bildirib ki, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək və icmadan bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. 

Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üzrə dialoqun başlanması ilə bağlı davamlı şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.
 
Aytac 




www.anews.az
Seçilən
31
anews.az

1Mənbələr