ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp investor Tomas Barakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.AFN.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yayılıb.“Tomas Barakın Türkiyədəki növbəti səfirimiz olacağını elan etməkdən məmnunam. Tom üç onillikdir ki, özəl kapital şirkətinə uğurla rəhbərlik edir”, - deyə Tramp "Truth" sosial səhifəsində yazıb. O qeyd edib ki, Barak lazımi təcrübəyə malikdir və həm siyasi, həm də işgüzar dairələrdə hörmətə malikdir.Tomas Barak "Colony Capital" investisiya firmasının qurucusu, Trampın yaxın dostu və onun inaqurasiya komitəsinin keçmiş sədridir. 2021-ci ilin yayında o, Trampın xarici siyasətinə təsir etmək və BƏƏ-nin maraqlarına lobbiçilik etməkdə ittiham olunub. 2022-ci ilin noyabrında məhkəmə Barakı bütün maddələr üzrə təqsirsiz hesab etdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta