AZ

Türkiyənin Suriyada təsirinin artması Ermənistanın maraqlarına ziyan vurur -ŞƏRH

Yaxın zamanda Suriyada baş verən hadisələr dünya gündəmində öz yerini tutub. Erməni politoloqlar Suriyada Bəşər Əsədin devrilməsinin ölkələrinə mənfi təsirləri olacağını şərh ediblər.

Qeyd edək ki, Bəşər Əsəd hər zaman Ermənistanı dəstəkləyib və qondarma “erməni soyqırımı”nı tanıyıb.

Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Suriyada baş verən hadisələr və məsələlər İran və Ermənistan üçün ciddi əhəmiyyət kəsb edir:

"Ermənistan hesab edir ki, Türkiyənin Suriyada mövcudluğunu artırması və müəyyən rejim dəyişikliyinə təsir göstərməsi onların maraqlarına ziyan verir. Çünki Türkiyənin güclənməsi Ermənistanın maraqlarına ziddir və bu Zəngəzur dəhlizinin açılması məsələsində Ankara və Bakının mövqeyini daha da gücləndirir. Göründüyü kimi, rejim dəyişikliyi məsələsi İranın maraqlarını da risk altına alır. Ermənistan isə bəzi hallarda İrana güvənmək məcburiyyətində qalır. Zəngəzur dəhlizi məsələsində də müəyyən müzakirələr və razılaşmalar mümkündür. İranın regiondakı siyasəti və qüvvələri də Ermənistan üçün önəmli bir dəstəkdir. Buna baxmayaraq, Ermənistan gələcəkdə həm Türkiyə, həm də Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilər. Çünki mövcud rejimlər və qüvvələr regionda yeni şərtlər diktə edə bilər.
Mən hesab edirəm ki, Ermənistan müəyyən mənada Türkiyə və Azərbaycanla anlaşma yolları axtarmağa çalışacaq".
Seçilən
51
sherg.az

1Mənbələr