“Allahın lütfü ilə Suriyanın işğal olunmuş bölgələrini qeyrətli suriyalı gənclər azad edəcək. Bunun baş verəcəyinə və “müqavimət cəbhəsi”nin Amerikanı da bölgədən qovacağına şübhə etməyin”.
KONKRET.az Təsnim-ə istinadla xəbər verir ki, bunu İranın Ali lideri Ayətullah Xamnəi bildirib.
“Niyə sionist rejim (İsrail – red) Suriyada 300 nöqtəni, Amerika isə 75 nöqtəni bombaladı?” – deyə o ritorik sual verib.
“Müqavimət” anlayışının mənasından bixəbər, cahil bir analitik düşünür ki, müqavimət zəiflədikdə İslami İranı da zəifləyəcək. Demək istədiyim budur: İran güclü və qüdrətlidir və Allahın izni ilə daha da güclənəcək.
Təbii ki, qeyd etdiyim bu hücumçuların hər birinin bir məqsədi var. Məqsədləri başqadır: bəziləri Suriyanın şimalından, bəziləri də Suriyanın cənubundan torpaq ələ keçirməyə can atır. Amerika regionda möhkəmlənmək istəyir. Məqsədləri budur və inşallah, onların heç biri bu məqsədlərə nail olmayacaq. Allahın lütfü ilə Suriyanın işğal olunmuş bölgələrini qeyrətli suriyalı gənclər azad edəcək. Bunun baş verəcəyinə və “müqavimət cəbhəsi”nin Amerikanı da bölgədən qovacağına şübhə etməyin”.