Bakı. Trend:
Prezident İlham Əliyev “Xəzər dənizinin Azərbaycan sektorundaAzəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşənhissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma”nın qəbul vətəsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunuimzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, 2024-cü il avqustun 1-dəBakı şəhərində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti iləAzərbaycan (AÇG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited,Ekvinor Abşeron AS, Ekson Azərbaycan Limited, İnpeks SausvestKaspian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., MOLAzərbaycan, Ltd., ONGC Videş Limited, Türkiye Petrolleri A.O.arasında imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri,Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşənhissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma” (bundan sonra –İkinci Qoşma) qəbul və təsdiq edilir, onun həyata keçirilməsinəicazə verilir.
İkinci Qoşmanın əsas mətninə edilmiş iki (2) Əlavə Bölmə (bundansonra – Əlavələr) qəbul və təsdiq edilir və onların həyatakeçirilməsinə icazə verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra İkinci Qoşma və Əlavələr Qanunolurlar. İkinci Qoşmada konkret surətdə başqa hallargöstərilməyibsə, İkinci Qoşma və Əlavələr İkinci Qoşmanın qüvvədəolduğu müddət ərzində İkinci Qoşmaya və Əlavələrə uyğun gəlməyən vəya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud vəya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibatisərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstüntutulur.
Bu Qanun qüvvəyə mindiyi tarixdən İkinci Qoşma və Əlavələrinşərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzindəPodratçı tərəflərə İkinci Qoşmada və Əlavələrdə nəzərdə tutulansərbəst təbii qaz kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaqüçün müstəsna hüquq verilir.
Bu Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və yaonların hüquq varislərinin) İkinci Qoşma və Əlavələr üzrə əldəetdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadanrazılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.
İkinci Qoşmadan irəli gələn hüquq və öhdəliklərin yerinəyetirilməsi üçün Podratçı tərəflərə bütün lazımi lisenziyalar,gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalarverilir.
İkinci Qoşmaya və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər vədəyişikliklər yalnız bu Qanunun 1-ci maddəsində qeyd olunmuşSazişin tərəflərinin yazılı razılığı ilə edilir.