AZ

AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-nın nümayəndəliyinin yeni təyin olunmuş başçısını Sonya Byörklandı AzQAC-ın baş ofisdə qəbul edib -Fotolar



aia.az xəbər verir ki, 11 dekabr 2024-cü il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin yeni təyin olunmuş başçısı Sonya Veronika Byörklandı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndəsi Davron Muhammadiyevi və Beynəlxalq Federasiyanın Azərbaycandakı nümayəndəliyinin proqramlar və əməliyyatlar üzrə meneceri və Milli Cəmiyyətin inkişafı üzrə nümayəndə Aleksandr Mordovini qəbul edib.

Tədbiri giriş sözü ilə açan Novruz Aslanov, iştirakçıları səmimi qəlbdən salamlayıb və Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin yeni təyin olunmuş başçısı Sonya Veronika Byörklandı təbrik edib, məsul vəzifəsində bol uğurlar arzulayıb. Eyni zamanda, gələcəkdə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayaraq birgə fəaliyyətin daha məhsuldar nəticələr verəcəyinə inamını ifadə edib.

Görüşdə , Hərəkatdaxili görülən işlər, qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilən humanitar layihələr barədə danışılıb. Ötən illərdə olduğu kimi bu il də əməkdaşlıq çərçivəsində həm AzQAC, həm də Beynəlxalq Federasiyasının qarşıya qoyulan məqsədə çatmaq üçün üzərilərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmi vurğulanıb.

Sonya Veronika Byörkland, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanova səmimi təşəkkürünü ifadə edərək, təşkilatın peşəkar komandası və genişmiqyaslı layihələri sayəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına əminliyini bildirib. O, birgə həyata keçiriləcək layihələrin və qarşılıqlı dəstəyin regionda daha güclü təsir yaratmağa imkan verəcəyinə inamını ifadə edib.
Milli Cəmiyyətin prezidenti Novruz Aslanov, BQXQACF-nın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin keçmiş başçısı Davron Muhammadiyevi Milli Cəmiyyətə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və çıxışında Davron Muhammadiyevın missiyasını başa vurması ilə bağlı fikirlərini bölüşərək, onun gələcəkdə də fəaliyyətini uğurla davam etdirəcəyinə ümid etdiyini ifadə edib. Belə ki, onunla uzun illər davam edən səmərəli əməkdaşlıq və dostluq əlaqələrini vurğulayaraq, Davron Muhammadiyevin Cəmiyyətə verdiyi töhfələri yüksək dəyərləndirərək ,ona yeni nailiyyətlər diləyib. Onun Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının inkişafında, eləcə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əlaqələrin möhkəmləndirilməsində göstərdiyi fəallığa görə təşəkkürünü bildirib.
Davron Muhammadiyev öz çıxışında fəaliyyətinə verilən yüksək qiymətə görə, eləcə də çıxışlarda ünvanına səslənən xoş sözlərə və arzulara görə hər kəsə dərin minnətdarlığını bildirib.  
Sonda Novruz Aslanov Sonya Byörklanda və Davron Muhammadiyevə xatirə hədiyyələrini təqdim edib.





Seçilən
24
1
aia.az

2Mənbələr