AZ

Talibanın qaçqın naziri Kabildəki partlayışda həlak olub

Talibanın qaçqın naziri Kabildəki partlayışda həlak olub

Radikal Taliban hərəkatının yaratdığı Əfqanıstan hökumətinin qaçqınlar üzrə naziri Xəlil ur-Rəhman Həqqani Kabildə partlayış nəticəsində həlak olub. AFN.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.“Əfqanıstanın qaçqınlar naziri Xəlil Həqqani Kabilin mərkəzindəki nazirlik binasında baş verən partlayışda həlak olub”, - telekanalın adını açıqlamayan həmsöhbəti bildirib. Baş verənlərlə bağlı əlavə təfərrüatlar verilməyib.Xəlil ur-Rahman Haqqani 7 sentyabr 2021-ci ildə Taliban həmin ilin avqustunda ölkəyə nəzarəti ələ keçirdikdən və müvəqqəti hökumət elan etdikdən sonra Əfqanıstanın qaçqınlar naziri vəzifəsinə təyin edilib. O, Talibana bağlı Haqqani Şəbəkəsinin lideri olan Siracuddin Həqqaninin qardaşı oğludur. Bu qrup Əfqanıstanda çoxsaylı terror aktları törətməkdə ittiham olunur.

Seçilən
31
afn.az

1Mənbələr