AZ

Xaməneinin "müqavimət cəbhəsi" dağılır

İran rəhbəri Əli Xaməneinin Bəşər Əsədin devrilməsi və Suriyada baş verənlərlə bağlı bu günkü çıxışının ardında HƏMAS-ın siyasi bürosunun rəhbəri Xalid Məşəl bəyanat verib.

O, "Əl-Ərəbiyyə"yə müsahibəsində Suriya ilə bağlı Xaməneinin bəyanatına əks fikirlər səsləndirib.

"Bəşar Əsədin süqutunu Suriya xalqına təbrik deyirəm, bu, zülm və ədalətsizliyə qarşı inqilab idi",- Xalid Məşəl bildirib.

Xatırladaq ki, Bəşər Əsəd devrildikdən 1 gün sonra HƏMAS terror təşkilatı bəyanat yayaraq, Suriya xalqını təbrik edib və bunu ədalətin qələbəsi adlandırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Əli Xamənei HƏMAS-ın da daxil olduğu "müqavimət oxu"nun Suryada baş verənlərdən təsirlənməyəcəyini demişdi.

visiontv.az



phrase_var_article.chosen
29
visiontv.az

1phrase_var_article.sources