AZ

Əl-Cəzirə: Əfqanıstanın qaçqınların işi üzrə naziri partlayış nəticəsində həlak olub

Bakı, 11 dekabr, AZƏRTAC

Əfqanıstan müvəqqəti hökumətinin qaçqınların işi üzrə naziri Xəlil ur-Rəhman Haqqani Kabildəki partlayış nəticəsində ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Xəlil ur-Rəhman Haqqani Kabilin mərkəzində yerləşən nazirlik binasında baş verən partlayış nəticəsində həlak olub. Hadisənin təfərrüatı hələ ki açıqlanmır.

Xatırladaq ki, “Taliban” hərəkatı avqust ayında ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılması fonunda ölkənin bütün əyalətlərinə nəzarəti ələ keçirib. Avqustun 15-də paytaxt Kabilə döyüşsüz daxil olan taliblər müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə amerikalı hərbçilər Kabil hava limanını tərk edib və bununla da ABŞ-ın Əfqanıstandakı 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində “Taliban” hərəkatının əvvəlki hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışmış Məhəmməd Həsən Axundun rəhbərliyi ilə Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan olunub.

Seçilən
33
1
azertag.az

5Mənbələr