AZ

Trend BİA-nın jurnalisti Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTO

Trend Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan xəbərlər xidmətinin rəhbəri Əli Qasımov Avrasiya İnkişaf Bankının (AİB) X KİV Yaradıcılıq müsabiqəsinin "İlin kəşfi" nominasiyası üzrə mükafatına layiq görülüb.

Milli.Az xəbər verir ki, mükafatlandırma mərasimi Qazaxıstanın Almatı şəhərində baş tutub.

Əli Qasımov müsabiqənin 14 qalibi arasında yer alıb və jurnalist fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını ifadə edib.

Jurnalistlər arasında yaradıcılıq müsabiqəsi Avrasiya İnkişaf Bankının beynəlxalq konfransları çərçivəsində təşkil edilib. Müsabiqəyə Avrasiya inteqrasiyasına həsr olunmuş 100-dən çox iş (məqalə və müsahibə) təqdim edilib. İşlərdə ümumi iqtisadi məkanın yaradılması, qarşılıqlı investisiyalar və elmi əməkdaşlıq kimi müxtəlif aspektlər işıqlandırılıb.

İşlərin qiymətləndirilməsi AİB-ə üzv olan 6 ölkənin jurnalist ittifaqlarının rəhbərləri və Avrasiyanın aparıcı media menecerlərindən ibarət Ekspert Şurası tərəfindən həyata keçirilib.

Bu müsabiqə Avrasiya inteqrasiya prosesləri ilə bağlı mövzuların müzakirəsi və populyarlaşdırılması üçün mühüm platformaya çevrilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
21
2
milli.az

3Mənbələr