Misli premyer-liqasında “Ayın qolu” layihəsinin noyabr üçün qalibi Murad Məmmədov seçilib. “Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikels isə belə düşünmür. Onun fikrincə, noyabrın ən yaxşı qolunu qardaşı Leroy noyabrın 24-də keçirilən “Sumqayıt” – “Şamaxı” (2:1) oyununda vurub. Leroya isə 11 nəfərlik münsiflər heyətindən yalnız AFFA-nınn texniki driektoru Cahangir Həsənzadə səs verib. Coy-Lens PFL-in mövzuyla bağlı sosial şəbəkə hesabındakı paylaşımın rəy bölməsində etirazını belə dilə gətirib:
“Dürüst? Qalibləri təbrik edirik, lakin yeni münsiflər heyəti tapın”.
ƏSƏD SEYİDOV