AZ

“Ermənistan Azərbaycanla nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı danışıqlar aparır” - Simonyan

“Ermənistan konstruktiv şəkildə Azərbaycanla nəqliyyat infrastrukturunun blokdan çıxarılması ilə bağlı danışıqlar aparır”. 

Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT) 64-cü Plenar Sessiyasının açılış mərasimində çıxışı zamanı deyib.

O, bildirib ki, Türkiyə ilə rabitə kanallarının yenidən işləməsi də əhəmiyyətli məsələlərdəndir.

“Bu prosesin uğurlu nəticəsi beynəlxalq yükdaşımalarda regionun əhəmiyyətini bərpa edə, ölkələrimizin və xalqlarımızın rifahına və regionda sülhə kömək edə bilər”, - deyə Simonyan vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
19
missiya.az

1Mənbələr