AZ

Xəmir yeməklərini qəbul edərkən qarışıq qidalardan istifadə olunmalıdır? - MÜTƏXƏSSİS AÇIQLADI

“Gün ərzində insan enerjili ola bilməsi üçün karbohidrata ehtiyac duyur. Karbohidratda daha çox faydalı qidalardan alındıqda orqanizmə enerji verə bilir. Eyni zamanda da gələcəkdə hər hansısa sağlamlıq problemlərinə səbəb olmur. Bu karbohidratı daha çox meyvə tərəvəzlərin və çərəzlərin tərkibində və bişirilmiş yeməklərin tərkibində ala bilərlər. Eləcə də xəmir yeməklərindən də karbohidrat ehtiyacını ödəyə bilərlər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, gün ərzində insan orqanizmi gördüyü işə görə, fiziki aktivliyinə, yaşına, cinsinə görə müəyyən miqdarda karbohidrat qəbul etməlidir ki, bu da 400 qramdan 800 qrama qədər dəyişə bilər: “Təbii ki, xəmir tərkibli qidalar sırasında da sevilən yeməklərdən olan xəngəli göstərə bilərik. Eləcə də makaronlar və digər xəmir tərkibli yeməklər karbohidrat tərkibli qidalar hesab olunur. Bu kimi qidaları gün ərzində 150-200 qramı keçməmək şərtilə yeyildiyi zaman heç bir zərəri olmur”.

Mütəxəssisin sözlərinə görə, gün ərzində oturaq həyat tərzi keçirən insanlar xüsusilə axşam saatlarında xəmir yeməkləri yeyərlərsə, bu enerjiyə çevrilmir və daha artıq kalori olaraq insan orqanizmində qəbul olunduğuna görə, piylənməyə, yağlanmaya eləcə də daxili orqanların yağlanmasına və yüklənməsinə gətirib çıxarır: “Bəzən olur ki, bu kimi yeməkləri yeyərkən həm də spirtli içki qəbul edirlər ki, bu da birliklə qəbul olunan qidalarla həm həzm sistemini, həm də mədə-bağırsaq sistemini pozur. Yaxşı olar ki, xəmir yeməklərini qəbul edərkən qarışıq qidalardan istifadə olunmasın”.

Seçilən
21
sia.az

1Mənbələr