AZ

Azərbaycanın xaricdən aldığı ərzağın həcmi bəlli oldu

Bu ilin doqquz ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 31.5 mlrd. dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, neft-qaz sektoru üzrə 15.1 mlrd dollar profisit qeyri neft-qaz sektoru üzrə 8.1 mlrd. dollar kəsiri bağalyıb. Nəticədə hesabat dövründə xarici ticarət balansında 7.1 mlrd. dollarlıq profisit yaranıb.

Hesabat dövründə əmtəə ixracı 11.5% azalaraq 19.3 mlrd. dollar təşkil edib. İxrac olunan neft-qaz məhsullarının 11.6 mlrd. dolları xam neftin, 4.9 mlrd. dolları təbii qazın payına düşüb. Qeyri-neft ixracı isə 0,3% daralaraq 2.4 mlrd. dollar olub. Əmtəə idxalı 3.5% artaraq 12.3 mlrd. dollar təşkil edib. İstehlak mallarının idxalının ümumi dəyəri 4.9 mlrd. dollar olub. Bunun da 1.6 mlrd. dollar ərzaq məhsullarının payına düşüb.


Müəllif: Teleqraf.com
Seçilən
35
teleqraf.com

1Mənbələr