AZ

İntensiv alma bağlarının hər hektarına görə əkin subsidiyası veriləcək

2024-cü ilin 1 sentyabr tarixindən 2025-ci il mayın 31-dək Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz iqtisadi zonalarına daxil olan rayonlarda və eyni zamanda Lerik rayonunda salınacaq intensiv alma bağlarına görə dövlət tərəfindən birdəfəlik əkin subsidiyası ayrılacaq.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu bölgələrdə qeyd olunan tarixlərdə ən azı 2 hektarda salınan, hər hektarda minimum 2450 ting əkilən, damcı suvarma sistemi ilə təchiz olunan bağların hər hektarına görə fermerlərə 11 min manat birdəfəlik əkin subsidiyası veriləcək.

phrase_var_article.chosen
37
6
vergiler.az

10phrase_var_article.sources