AZ

ABŞ Suriyada Culani hökümətinin formalaşması ilə üstünlüyün Türkiyəyə keçməsindən qorxur -ANALİZ

Vaşinqton administrasiyası "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupuna Suriyada inklüziv hökumətin qurulmasına dəstək verməyi, ölkədə bütün hakimiyyəti öz üzərinə götürməməyi tövsiyə edib.
bu barədə "Reuters" agentliyinə istinadən məlumat verir.
ABŞ rəsmilərinin sözlərinə görə, Suriya Prezidenti Bəşər Əsədin devrilməsində böyük rol oynamış HTŞ avtomatik olaraq ölkə rəhbərliyini ələ almaqda deyil, əksinə, hökumətin formalaşdırılmasında və keçid hökumətinin qurulmasında iştirakda maraqlı olmalıdır. Məlumatda, həmçinin qeyd olunur ki, ABŞ administrasiyası son günlərdə Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqləri ilə koordinasiyalı şəkildə HTŞ ilə ilkin əlaqələr qurub. 

Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Amerika tərəfindən verilən bu açıqlama gözlənilən idi:

“Amerika Birləşmiş Ştatları çalışacaq ki, Suriyada Bəşər Əsəd rejiminin dağılmasından sonra birmənalı olaraq iqtidara ya öz adamlarını gətirsin, ya da Amerika maraqlarına uyğun iqtidar formalaşdırsın. Eyni zamanda Amerika yaxşı anlayır ki, hazırda “Həyat Təhrir əş-Şam” qruplaşması və onun lideri Əbu Muhəmməd əl-Culani Suriya xalqının iradəsini əks etdirir. Yəni o, heç bir xaricə dövlətə ölkəsinin maraqlarını yedirtməyə həvəsli olmayacaq. Bu isə Amerikanın bölgədəki maraqlarına ciddi təsir göstərəcək. Ümumiyyətlə Ağ ev bütün regionlarda olduğu kimi Suriya və  Yaxın Şərqdə də müstəqil hərəkət edən qüvvələrin olmasını istəmir. Ona görə də söy göstərir ki, Bəşər Əsədin devrilməsindən sonra Əbu Muhəmməd əl-Culani iqtidardan uzaq tutsun”.

Ekspert qeyd edib ki, Türkiyənin HTŞ və Suriyanın Milli Ordusuna dəstəyi ilə Bəşər Əsədin devrilməsindəki həlledici rolu heç kəsə sir deyil:
“Amerika düşünə bilər ki, Suriyada əl-Culani hökümətinin formalaşması ilə üstünlük Türkiyəyə keçə bilər.  Ona görə də Əl-Culani hökümətinin formalaşmasını istəmədiyini açıq şəkildə ortaya qoyur. Hesab edirəm ki, canlarını bahasına Əsəd rejimi devirən qruplaşmalar və onlara dəstək göstərənlər Amerikanın əmrləriylə oturub durmayacaq. Hazırda Suriyada tamamilə başqa vəziyyət formalaşıb. Suriyada bundan sonra atılacaq addımlar məhz Əl-Culani və onun rəhbərlik etdiyi müxalifət düşərgəsinin öndərliyində baş verəcək. Bunun əksinə nə Türkiyə, nə Rusiya razı olar. Artıq Suriyada münaqişənin ikinci mərhələsi başlayır. İndi qruplararası qarşıdurmağa şahidlik edəcəyik. Əgər Suriya daxilində həqiqi vətənpərvər qruplaşmaların hamısı vahid ölkə maraqlarından çıxış etsə, onlar bir bayraq altına toplaşaraq xarici qüvvələ qarşı çıxacaqlar”.
Seçilən
39
38
sherg.az

10Mənbələr