AZ

Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz bir hissəsidir- ÖZƏL

"Ümummilli Lider Heydər Əliyevin həyatı, keçdiyi yollar və xüsusilə də siyasi xadim kimi xidmətləri Azərbaycan tarixində xüsusi bir yerə malikdir".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Heydər Əliyev Azərbaycan tarixinin ayrılmaz bir hissəsi, Azərbaycan dövlətçiliyinin, daha doğrusu, dövlətimizin, dövlətçiliyimizin banisidir. 
Azərbaycan tarixdə iki dəfə müstəqil olub. Birinci, sırf Azərbaycan adı altında 1918-ci ildə Azərbaycan Demokratik Respublikası adından, amma çox qısa müddət yaşadı. SSRİ-nin dağılması sonrasında da biz müstəqilliymizi əldə etdik. Hər iki müstəqillik dövrünə baxdıqda, nəyə şahid ola bilirik? Eyni proseslər cərəyan etdi. 1918-ci ildə də, 1990-cı illərdə də müstəqillik əldə edəndə daxili siyasi çəkişmələr oldu, iqtidar hərisliyinin şahidi olduq, hakimiyyət uğrunda mübarizələr və təbii ki, xarici təhdidlər müşahidə olundu. Ümumiyyətlə, daxili siyasətdə sabitlik olmadığından hər zaman xaricdən təhdidlər olur. Heydər Əliyevin fərqi bundan ibarət idi. Var siyasətçi, var dövlət xadimi. Siyasətçi, sadəcə seçkiləri düşünür, seçkilərin nəticəsini düşünür, öz maraqları kontekstində hərəkət edir. Dövlət xadimləri isə dövləti və gələcək nəsilləri düşünərək addımlar atır. Mübaliğəsiz  deyə bilərəm ki, Heydər Əliyev Azərbaycan tarixində dövlətçiliyin nə olduğunu sözün əsl mənasında dərk edən nadir simalardandır. Bizim çox siyasətçilərimiz olub, çox mühüm tarixi şəxsiyyətlərimiz olub, amma dövlət xadimlərimizin sayı çox az olub. Heydər Əliyev bu dövlət xadimlərindən biridir. Bunu nəyə görə deyirəm? Heydər Əliyevin təhsil aldığı dövrlərə baxdıqda, təhsil alarkən öz dövrünün reallıqlarını, xüsusən də SSRİ-nin əsas mərkəzi coğrafiyası olan Rusiya, Avropa tərəflərində tez-tez bu ərazilərdə olması, müəyyən dövrdə yaşaması, buranın təcrübəsini görməsi, Azərbaycanın gələcəyi üçün çox mühüm təcrübə oldu onun üçün. 
O, əslində tarixi də çox yaxşı bilirdi. Yeri gəlmişkən, Heydər Əliyevin tarixi yaxşı bilməsi onun 1918-ci  il Cümhuriyyətinin boşluqlarını görməsinə gətirib çıxartdı. Həm özünü əslində o istiqamətdə inkişaf etdirdi, həm də gələcək planlarını, reformlarını gənclik illərinin hazırlanmasına gətirib çıxardı. Mən Heydər Əliyev yaradıclığını öz marağımla kifayət qədər çox araşdırmışam, oxumuşam və bu qənaətə gəldim ki, həqiqətən Heydər Əliyevin təhsilli yetişməsi və gələcək vizionu onu dövlətçi, dövlət xadimi edən ən önəmli məsələlərdən biridir. 
Heydər Əliyev SSRİ dövründə Azərbaycana rəhbərlik edərkən, Azərbaycan, SSRİ sənayedə inkişafa nail oldu. Məsələn təkcə Cəmşid Naxçıvanski adına hərbi liseyin açılması, özü özlüyündə Heydər Əliyevin gələcəyin vizionlu bir lideri olduğunu bildirirdi. O, yaxşı başa düşürdü ki, Azərbaycan 1918-ci ildə olduğu kimi yenə müstəqil olacaqdır və SSRİ sona qədər getməyəcək. Çünki o, SSRİ-nin ən xüsusi nöqtələrinə xidmət eləmişdi, strateji postlarında olmuşdu və yaxşı bilirdi ki, SSRİ-nin boşluqları nədən ibarətdir və gələcəkdə Heydər Əliyevi Azərbaycanın müstəqilliyinə hazırlayırdı. Hətta düşünün, o, bunu edərkən ehtimal müharibə vəziyyətlərini də nəzərə alırdı. Çünki dediyim kimi, SSRİ hələ onun təhsil aldığı gənclik illərində elə münaqişə ocaqlarını yaradırdı və Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi zamanlarda həm Azərbaycan sənayesini inkişaf etdirdi, həm hərbi baxımdan bizi hazırladı, yerli kadrlar yetişdirməyə başladı. 
Müqayisə üçün deyim ki, Heydər Əliyevin rəhbərliyinə qədər   SSRİ rəhbərləri arasında azərbaycanlıların sayı çox az idi. Strateji dövlət postlarında da azərbaycanlıların sayı az idi, hərbi kadrlarımız demək olar ki, yox idi. Olan-qalan hərbi kadrlarımız da ya İkinci Dünya müharibəsində həyatını itirmişdilər, ya da ki, yaralıydılar. Heydər Əliyev sıfırdan gənclərdən kadrlar yetişdirməyə başladı və bu kadrlar 1990-cı illərdə Birinci Qarabağ müharibəsində,  ən kritik məqamlarda həm özünümüdafiə dəstələrinin başına keçdilər ayrı-ayrılıqda, həm də daha sonra Heydər Əliyev rəhbərliyi ilə  yaradılan özünün vahid komandanlıq və vahid ordunun tərkibində döyüşməyə başladılar. Bütün bunlar hamısı bizim Qarabağ müharibəsində, Heydər Əliyevin sayəsində əslində biz böyük torpaq itkilərinin qarşısını aldıq. Təkcə atəşkəs sazişinin imzalanması da Heydər Əliyevin siyasətinin nəticəsi idi. Heydər Əliyev dövrünü xarakterizə etsək, misal üçün, həmin dövrdə liderlər arasında, SSRİ-də müstəqil olan ölkələrin qarşısında bir seçim var idi: ya keçmiş sovet ideologiyasını davam etməlidir və yaxud da ki, Qərb liberalizm istiqamətində davam etməli idi. Heydər Əliyev sovet sistemini tərcih etmədi, seçmədi, amma birmənalı Qərb sisteminə də keçid etmədi. Tədrici bir proseslə Azərbaycanı həm demokratik institutların inkişafına, həm media sektorunun inkişafına, həm də ordu sektorunun inkişafına ciddi bir yatırım etdi. Təhsil sektorunda Azərbaycanın kadrları oldu. Heydər Əliyev tez-tez gənclərlə görüşür, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılarla bir araya gəlir. Təsadüfi deyil ki, azərbaycanlıların qurultaylarının keçirilməsi məsələsi də Heydər Əlevin başlıca strateji planları arasında idi və gerçəkləşdirildi. 
Təbii ki, iqtisadi atılımlardan danışmaq lazımdır. Əsrin müqaviləsi, Azərbaycanın gələcəyini və Azərbaycanın taleyini dəyişən bir saziş oldu. Müqayisə üçün deyim ki, bizim müstəqilliyimizin ilk illərində bizim neftimiz var idi. Amma nefti xaricə ixrac edə bilmirdik. Üstəlik də ki, ixtisaslı kadrlarımız da yox idi. Amma Heydər Əliyevin atdığı addımlar fonunda Azərbaycana investisiya gəldi və bu investisiya nəticəsində biz neft-qazı ixrac etməyə başladıq. Əsrin müqaviləsi ilə xarici bazara çıxış əldə etdik və ölkədə hiper inflyasiyanın qarşısı alındı və iqtisadi vəziyyət günü-gündən normallaşdı. 
Heydər Əliyev demək, Azərbaycan deməkdir. Azərbaycan ola bilər ki, onun rəhbərliyi ilə müstəqillik əldə etməyib, amma onun rəhbərliyində dövlət kimi varlığını qoruyub, saxlayıb və bu gün də davam etməkdədir. Belə deyim, Heydər Əliyevin hətta vaxtında atəşkəs razlaşmasını imzalanması da qələbəyə aparan yola çıxarıb gətirdi. 30 il sonra, 30 illik münaqişə tarixində biz artıq həm tam bütün torpaqlarımızda Azərbaycan bayraqları dalğalandırdıq, ordumuzun ən peşəkar dövrünü yaşadıq və Azərbaycan dünya miqyasında tanınan və hörmət görən bir ölkəyə çevrildi. Bunların memarı hesab edirəm ki, Heydər Əliyevdir.
Heydər Əliyev siyasətinin sonlarına baxdıqda, təbii ki, prezident İlham Əliyev onun siyasətini davam etdirdi, ona bu estafeti ötürdü və İlham Əliyevin də, dövlət başçısının hakimiyyətinə baxdıqda, Heydər Əliyevdən qalan, özünün də tez-tez qeyd etdiyi "ata vəsiyyətini" yerinə yetirdi. Bu nə idi? Qarabağın işğaldan azad edilməsi. Hakimiyyət müddəti demək olar ki, diplomatik atılımlar, iqtisadi inkişaf və ən önəmlisi Heydər Əliyevdən qalan ordunun quruluşunun inkişafının davamlılığı və daimi inkişafını müşahidə etdik.
Nəticə etibarilə biz Qarabağ zəfərinə nail olduq və heç təsadüfi deyil ki, ölkə başçısı Prezident Əliyev Şuşa səfərindən sonra ilk ümummilli lider Heydər Əliyevin məzarını ziyarət et. Bu bir daha əslində missiyanın tamamlandığı mənasına gəlirdi. 
Bundan sonra 50 il də keçsə, 100 il də keçsə, hesab edirəm ki, tarix Heydər Əliyevi unutmayacaq. Necə ki, biz bundan 200-300 il öncəyə baxdıqda, tariximizdə Şah İsmayılları, Şah Abbasları, Uzun Həsənləri, Qara Yusifləri, Babəkləri görürüksə, Məhəmməd Əmin Rəsulzadələri görürüksə, heç şübhəsiz ki, bundan sonrakı nəsillər də bu tarixi etabın zirvə nöqtəsi, qələbə tariximizi yenidən yazan Heydər Əliyev və onun davamçısı İlham Əliyevi yazacaqdır. Bunun mübaliğəsiz deyirəm, tarix çünki heç nəyi unutmur və gələcək nəsillər də bu tarixi, belə deyək, yaşadacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr