Avstraliyada tibbi laboratoriyada içərisində ölümcül viruslar olan yüzlərlə flakon itib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Newsweek" məlumat yayıb.
Məlumata görə, atlardan insanlara keçən və 57% hallarda ölümcül olan Hendra virusunun 100 flakonu, həmçinin siçovullarda yaranan və 38% hallarda ölümcül olan Hantavirusun iki flakonu itkin düşüb.
Nümunələrin itməsinin mümkün səbəbi kimi qeyri-adi vəziyyət yəni, onların saxlandığı dondurucunun sıradan çıxması müəyyən edilib.
Mina Mikayılova