AZ

Nənə və babanın adını nəvəyə vermək düzgündür? - AYDINLIQ GƏTİRİLDİ

"Nənə və babaların adlarının uşaqlara verilməsi ilk olaraq ailədə yaranacaq söz-söhbətə gətirib çıxarır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Psixoloq bildirib ki, bəzən görürsən ki, hər kəsin xəyalında tutduğu, yaxud illər boyu arzusunda olduğu övladı olanda ona ad qoymaq arzusu gəlin-qaynana, ər-arvad arasında söz-söhbət yaradır: "Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən isə nənə-babaların adlarının verilməsi hər zaman valideynin içində qorxu yaradır.

Nənə və babanın adını nəvəyə vermək adəti çox yayılıb. Körpələr bəzən həyatda olan nənə və babaların, bəzən isə dünyadan köçənlərin adlarını daşıyırlar. Ailədə vaxtsız vəfat edən birinin adını da uşaqda yaşatmaq adəti mövcuddur.

Elə ilk gündən müsəlman olduğumuz üçün adın qulağa oxunması baş verir. Bəzən də elə olur ki, gənc nəslin içində bunu etməyən insanlar olur, bir ömür boyu həmin qorxu ilə yaşayırlar. Bəzi analar olub ki, gəlib müraciət edərkən bildirir ki, uşaq vaxtı uşağın qulağına adı oxunmayıb, birdən sağlamlığında müəyyən problemlər yaşanar. Həmişə qorxu içində qalırlar ki, övladları nənə-babanın həyatını yaşayacaq. Bəzi valideynlər özlərini bunu etməyə borclu hiss edir, bəziləri isə əksinə, bunun uğursuzluq gətirəcəyini düşünürlər. Məsələn, qaynanası 30 yaşında dünyasını dəyişib. Təbii ki, oğul anasının adını yaşatmaq istəyir. Amma bu, qarşı tərəfdə qorxu yaradır, özündən asılı olmayaraq sanki övladının taleyini yazdırır. Yazılan bu taleyin içində valideyn hər zaman övladını itirmək qorxusu ilə yaşaya bilir. Ona görə də, bəzi psixoloji yanaşmalar var ki, insan adı qoyarkən daha rahatlıqla düşüncələrindəki bu qorxuları yaşamasın. Yaşamamaq üçün isə dərindən dərk etməlidir ki, bu adı verir, yoxsa yox".

Müəllif: Söylü Ağazadə
Seçilən
41
sia.az

1Mənbələr