AZ

AFFA “Karvan”ın şikayətini təmin etməyib

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda “Karvan”ın şikayətinə baxılıb.

Tribunal Yevlax təmsilçisinin apellyasiya şikayətini təmin etməyib. I Liqa klubu VIII turun “Qəbələ” ilə ev oyunu bitdikdən sonra hakimləri təhqir edən Bəhruz Teymurovla bağlı qərarla bağlı apellyasiya verib. AFFA 4 oyunluq cəza və klubun 300 manat cərimə edilməsi barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, “Karvan” İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək hüququna malikdir.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr