AZ

Suriya yeni savaşa girməyəcək - Kolani

Suriyada 61 illik Əsəd rejimi “Heyət Təhrir Əl-Şam”ın lideri  Məhəmməd  Kolaninin başçılıq etdiyi müxalif qüvvələr tərəfindən devrildi. Ölkədə böyük şənliklər keçirildi, köçkün düşənlər geri qayıtmağa başladılar. Beynəlxalq ictimaiyyət bu prosesi  ciddi şəkildə alqışladı. Suriyada həyat yavaş-yavaş normallaşmağa başlayıb.

Lakin bütün gözlər rejimi devirən Əbu Məhəmməd Kolaniyə çevrildi. Suriyanın gələcəyinin necə formalaşacağı ən böyük suallardan biridir. "Suriya yenidən yeni bir müharibəyə sürüklənəcəkmi?" sualı da ən çox müzakirə olunan məsələlərdəndir. 

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Muhammed Kolani son açıqlamasında bu narahatlıqlara çox açıq şəkildə cavab verib: "İnsanlar müharibədən çox yorulublar. Suriya yeni müharibəyə hazır deyil və müharibəyə girməyəcək. Onların qorxuları əsassızdır. Allahın izni ilə ölkə yenidən qurulacaq. Qorxunun əsası Əsəd rejimi idi, Allaha şükür rejim yıxıldı. Ölkə inkişaf və yenidənqurma yolu ilə gedir. Sabitlik əldə olunacaq. İnsanlar müharibədən çox yorulub və ölkə başqa müharibəyə hazır deyil, başqa müharibə də  olmayacaq."

Kolaniyə görə insanların qorxularının mənbəyi İran milisləri, Hizbullah təşkilatı və Əsəd rejimi idi və onlar aradan qaldırıldı:"Qorxularımızın mənbəyi İran milisləri, Hizbullah və bu gün gördüyümüz qırğınları törədən rejim idi. Deməli, onların aradan qaldırılması Suriya üçün həll yoludur”.

Məğrur,

Sitat.info

Seçilən
31
sitat.info

1Mənbələr