AZ

Ərdoğandan Qərbə sərt təpki: “İkiüzlülükdür”

Qanlı “Bəəs” rejiminin sona çatması ilə Suriyada sülh və təhlükəsizliyə qapılar açılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“(2016-cı il) İyulun 15-nə keçən gecə 252 insanımız FETÖ xainləri tərəfindən alçaqca şəhid edildi. Amma bütün bu proses zamanı tənqid oxları ölkəmizə doğru yönəldilərkən, günahsız insanları qətlə yetirən qatillər Qərb dövlətləri tərəfindən himayə edildi və yüksək ehtiramla qarşılanıb.

Suriyada ən amansız vəhşiliklər edilərkən, Qərb susdu. Qərb ölkələri qatilləri öz qanadları altına aldı. Tarixin ən amansız vəhşilikləri törədilərkən, səslərini belə çıxarmadılar.

Dünyada insan haqlarına riayət məsələsində yaşanan geriləmənin səbəbi sinfi, qeyri-səmimi və ikiüzlü siyasətlərdir”, - dövlət başçısı vurğulayıb.

Suriyadakı son gəlişmələr barədə danışan Prezident Ərdoğan qeyd edib: “Suriyada vicdan qazandı, mərhəmət qazandı. Qanlı “Bəəs” rejiminin sona çatması ilə Suriyada sülh və təhlükəsizliyə qapılar açılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
44
teleqraf.com

1Mənbələr