AZ

Fəal Rza Səfərsoy 3 il azadlıqdan məhrum edilib

Çərşənbə günü Xəzər Rayon Məhkəməsində Birinci Qarabağ Müharibəsi veteranı,  qanunsuz silah saxlamaqda ittiham olunan fəal Rza Səfərsoyun işi üzrə proses başa çatıb. Prokuror onun 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi Səfərsoya bəraət verilməsini xahiş edib, çünki məhkəmə istintaqı zamanı onun günahı sübut olunmayıb.

Səfərsoy  deyib ki, istintaqın bildirdiyinə görə, onun qanunsuz saxladığı TT markalı tapançanı mənzilinə polis əməkdaşları özləri qoyublar.

O deyib ki, ədalətli hökm gözləmir, çünki məhkəmə siyasi sifarişi  yerinə yetirir.

Məhkəmə Səfərsoyu 2 il 9 ay müddətinə azadlıqdan məhrum edib.

* Səfərsoy Birinci Qarabağ Müharibəsi veteranıdır. 2018-ci ildə  Gəncə şəhərində kütləvi həbsləri tənqid etdikdən sonra qanunsuz silah dövriyyəsi ittihamı ilə həbs olunub. O zaman 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 7 ay sonra Apellyasiya Məhkəməsi cəza müddətini azaldaraq onu azad edib.

Bu dəfə 23 noyabr 2020-ci ildə- sosial şəbəkələrdə “Abzas Media” rəhbərlərinin həbsini kəskin tənqid etdikdən və vətəndaşları etiraza çağırdıqdan iki gün sonra həbs edilib.

Seçilən
57
turan.az

1Mənbələr