Bakı. Trend:
Suriya müvəqqəti hökumətinin baş naziri Məhəmməd əl-Bəşirmilyonlarla suriyalı qaçqınların vətənə qayıtmasını təmin etməyi vəvətəndaşların təhlükəsizliyini qorumağı planlaşdırır.
Trend bubarədə xarici KİV-ə istinadən xəbər veir.
"İndi Suriya azad ölkədir, öz qürurunu və özünə hörmətini bərpaedib. Geri qayıdın", – deyə o, xaricdə yaşayan bütün suriyalılaramüraciət edib.
O, hökumətin bütün insanların və məzhəblərin hüquqlarına riayətolunmasını təmin edəcəyinə söz verib.
Eyni zamanda baş nazir Suriyadakı ağır maliyyə vəziyyətinə görəvətəndaşlara əsas xidmətlərin göstərilməsinin çətin olacağı barədəxəbərdarlıq edib.
"Xəzinədə yalnız Suriya valyutası var və o, demək olar ki, heçbir dəyər daşımır. Bir ABŞ dolları 35 min Suriya funtunabərabərdir", – M. əl-Bəşir bildirib.
Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınınməlumatına görə, 2023-cü ildə Suriyadan 5 milyondan çox insanqaçqın düşüb.