AZ

“Ermənistan Fransaya ona görə önəmlidir ki” – “Rusiya buradan gedə bilməz”

“Ermənistan Fransa üçün daxili siyasi gündəmin bir hissəsi kimi önəmlidir”.

“AzPolitika” xəbər verir ki, bunu tanınmış rusiyalı politoloq Sergey Markedonov erməni mətbuatına açıqlamasında deyib.

Ermənipərəst mövqeyilə seçilən Markedonovun fikrincə, Fransada şərq və miqrasiya mövzusu hər zaman kəskin xarakter daşıyıb. Ona görə də xristian Ermənistanla “oynayan” fransalı siyasətçilər ölkədəki erməni icmasının səslərini qazana bilirlər: “Bundan əlavə, Aralıq dənizində Fransa ilə Türkiyə arasında problemlər var. Türkiyə Fransanın Liviya və Suriyadakı ambisiyalarına heç də müsbət yanaşmır. Bu məsələdə də Ermənistan hansısa şəkildə lazım olur. Amma bu o demək deyil ki, Fransa üçün daxili təhlükəsizliyi müəyyən edən Ermənistandakı maraqlardır. Burada atəş açılsa, Parisdə çox az şey dəyişəcək, amma Rusiya Qafqazında nəsə dəyişə bilər. Fransa üçün bu, bir pazldır(tapmacadır-red.), xoşunuza gəlmirsə, ayrılırsınız. Amma biz (Rusiya-red.) buradan gedə bilmərik. Fərq budur. Onu da unutmayaq ki, Rusiyada çoxlu erməni işləyir, pul köçürmələri var, mühüm əmək bazarı var”.

Eyni zamanda politoloq etiraf edib ki, Fransa “yumşaq güc”dən Rusiyadan daha yaxşı istifadə edir: “Ancaq bu xoş sözlər heç bir reallığa çevrilmir”.

“AzPolitika.info”

Seçilən
22
2
azpolitika.info

3Mənbələr