Suriyanın yeni baş naziri deyib ki, prezident Bəşər Əsədi devirən islamçıların rəhbərlik etdiyi alyans bütün dini qrupların hüquqlarına zəmanət verir. O, müharibədən qaçan milyonlarla insanı evlərinə qayıtmağa çağırıb.Keçid hökumətinin başçısı təyin edilən Məhəmməd əl-Bəşir bildirib ki, Suriyadakı bütün insanların və bütün məzhəblərin hüquqları təmin ediləcək. "Məhz İslamı təmsil etdiyimiz üçün bunu edəcəyik" - deyə o, vurğulayıb.Suriyanın yeni konstitusiyasının İslami olub-olmayacağı ilə bağlı suala cavabında isə deyib: "Qurulma prosesində bütün bu detalları dəqiqləşdirəcəyik”.Məhəmməd əl-Bəşirə martın 1-dək Suriyaya rəhbərlik etmək tapşırılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta