AZ

Lukaşenkonun Əsəd haqda dediyi sözlərə Bakıdan etiraz: “Razılaşmıram” 


Azərbaycandan da B.Əsəd haqda təxminən eyni fikirlər səsləndirilib. Müstəqil ekspert Çingiz Məmmədov Globalinfo.az-a müsahibəsi zamanı deyib ki, Bəşər Əsəd hakimiyyətdən yorulmuşdu:

“Çünki ona repressiyaları daha da artırmaq, gücləndirmək təklifləri edilirdi. 2016-cı ildən sonra, xüsusilə də İran tərəfindən belə təkliflər verilirdi. Lakin o, buna getmədi. Yenə də ittihamlar irəli sürülürdü ki, guya kimyəvi silahdan istifadə edib. Lakin bir çox araşdırmalardan məlum oldu ki, bu, doğru deyil”.

Bəşər Əsəd diktator olmayıb? O, insanları kütləvi şəkildə qətl etdirməyib? Xalqına qarşı kimyəvi silahdan istifadə etməyib?

Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, bir liderin diktator olub-olmadığı onun hakimiyyəti dönəmində siyasi idarəetmədəki tətbiqlərdən ölçülür:



“Kimə diktator demək olar? Azad mühiti, media, QHT, insan haqları, cəmiyyətin müxtəlif təbəqələrinin səsini kəsən, müxtəlif fikirlərinə görə, onları həbs edən, hətta edam edən, toplu cinayətlər törədən adam diktator hesab olunur.

Bəşər Əsədin adında da ən azı bir milyondan çox suriyalının ölümü, on milyona yaxın suriyalının öz yurd-yuvalarından didərgin düşməsi faktı var. Bu da diktatorluqdur. Bəşər Əsədi başqa hansı formada adlandırmaq olar? Təbii ki, heç nə. Məhz bu səbəbdən “o diktator deyil” fikri ilə razılaşmıram. Tarixə nəzər saldıqda onun mövcud fəaliyyətini və bu fəaliyyətinin acı nəticələrini görmüş olarıq”.


Seçilən
29
referans.az

1Mənbələr