Venesuelanın prezidenti Nikolas Maduro bəzi qrupları faşist ifratçılıqda ittiham edərək ölkədə vətəndaş müharibəsi başlatmağa çalışdıqlarını bildirib.
Dövlət kanalı “VTV”yə gündəmə dair açıqlamalar verən Nikolas Maduro Suriyadakı hadisələrə toxunaraq bunları qeyd edib: "Suriya xalqı üçün ağrılı hadisələrin baş verdiyini müşahidə edirik. Görürük ki, bu faşist ifratçılar Venesuelada da bir vətəndaş müharibəsi başlatmağa çalışırlar. İmperiya və faşist sağçıların ölkəmizə qarşı qurduqları planların uğursuz olduğunu düşünürük. Dünyada nə zaman bir hadisə baş verirsə, bunun Venesuelada da baş verməsini istəyirlər."
Venesuelanın mümkün bir vətəndaş müharibəsi təxribatına qapılmayacaq qədər güclü olduğunu vurğulayan Maduro ölkədə xalqla ordu arasında güclü bir həmrəylik olduğunu ifadə edib. O, ərəb ölkələrini sülhə töhfə verəcək, zorakılığı və terrorizmi sona çatdıracaq hərtərəfli inkişaf yolları qurmağa çağırıb.