AZ

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadiəlaqələrində xidmətlərin ümumi həcmi 13,2 milyard dollar təşkiledib.

Trend MərkəziBanka istinadən xəbər verir ki, bunun 7,4 milyard dollarıqeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 5,8milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xariciölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.

Məlumata görə, ümumilikdə, xidmətlər balansında yaranan kəsir10,5% azalaraq 1,6 milyard dollar olub. Neft-qaz sektoru üzrəxidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzarxidmətlər) kəsiri 1,4 milyard dollar olub. Qeyri neft-qazsektoruüzrə xidmətlər balansının kəsiri isə neytral səviyyəyə (0,2 milyarddollar) çatıb.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,5%-i nəqliyyat xidmətləriüzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 3,7 milyarddollar olan nəqliyyat xidmətlərinin 61,5%-i qeyri-rezidentlərinAzərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub.Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiklərinəqliyyat xidmətlərinin dəyəri 2,3 milyard dollar,qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiklərinəqliyyat xidmətlərinin dəyəri isə 1,4 milyard dollar təşkiledib.

Dövr ərzində qeyri neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərininixracı 14,8%, idxalı isə 10,4% artıb. Nəticədə nəqliyyat xidmətləriüzrə profisit 5,5% artaraq 862,1 milyon dollar olub.

Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2023-cü ilin 9ayında 816,9 milyon dollar təşkil edib. 2024-cü ilin 9 ayındaqarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 42,7% artaraq 2,8milyard dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrəixracın (1,6 milyard dollar) idxalı (1,2 milyard dollar) üstələməsinəticəsində 0,4 milyard dollar həcmində profisit yaranıb. Bu dövrdəxaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 18,9%,Azərbaycana gələn xarici vətəndaşların sayı isə 29,1% artıb.

Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmləbağlı göstərilən xidmətlərin həcmi 1,2 milyard dollar olub. Bunun78,4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub(məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründəqeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikintixidmətlərinin həcmi 11,4% daralaraq 25,0 milyon dollar təşkil edib.Qeyri neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digərişgüzar xidmətlərin həcmi isə 57,3% artaraq 1,4 milyard dollarolub.

Seçilən
37
6
az.trend.az

7Mənbələr