AZ

Suriyada keçmiş prezident Bəşər Əsədin atasının məqbərəsi yandırılıb

Suriyanın Latakiya əyalətində silahlı dəstə keçmiş prezident Bəşər Əsədin atasının qalıqlarının dəfn olunduğu məqbərəni yandırıb.

SİA xatırladır ki, Hafiz Əsəd 1971-2000-ci illərdə də ölkənin prezidenti olub.

Qeyd olunur ki, Hafiz Əsədin məqbərəsi onun doğulduğu Qardaxda yerləşir. Vandalizm aktı internetə sızan videoya düşüb. Orada keçmiş prezidentin məqbərəsinin necə alovlara büründüyünü və ətrafına silahlı insanların toplaşdığını görmək olar.

...Bir qrup maskalı şəxs Suriyanın keçmiş prezidenti Hafiz Əsədin məqbərəsini yandırıb. Eyni yerdə Hafiz Əsədin yanında onun böyük oğlu Basil dəfn edilib, Hafiz Əsədin həyat yoldaşı Anisa Maxlouf da orada dəfn edilib.

Bunu mənbə bildirir.

Əli Babayev

Seçilən
46
sia.az

1Mənbələr