AZ

Nazim Bəydəmirlinin şikayəti təmin olunmayıb

İqtidaçı, keçmiş deputat Nazim Bəydəmirlinin barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apelyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Apelyasiya şikayətində Nazim Bəydəmirli barəsində olan hökmün ləğv edilməsi və bəraət hökmünün çıxarılması istənilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Bəydəmirli 8 il azadlıqdan məhrum edilib.

Sabiq deputat Nazim Bəydəmirliyə qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi, daha sonra 182.2.2-ci (hədə-qorxu təkrarən tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bildirilib ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. 

Qeyd olunub ki, vətəndaş polisə müraciətində N. Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. 

"O, iyunun 24-də N. Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib", - deyə hökmdə vurğulanıb. 

N. Bəydəmirlinin bu müraciət əsasında saxlanıldığı bildirilsə də, iqtisadçı ittihamları qəbul etməyib. 

Özünü "ekologiya məhbusu" sayan Bəydəmirli şərləndiyini bildirib və ondan şikayət edən Ədalət Bağırovun isə bu prosesdə qurban olduğunu deyib. 

phrase_var_article.chosen
33
14
arqument.az

10phrase_var_article.sources