AZ

Hafiz Əsədin cəsədinin olduğu sarkofaq yandırıldı

Naməlum şəxslər Suriyanın keçmiş prezidenti, ölkəyə 1971-2000-ci illərdə rəhbərlik etmiş Hafiz Əsədin məqbərəsinə daxil olaraq onun cəsədinin olduğu sarkofaqı yandırıblar.

Axar.az xəbər verir ki, bu barədə “An-Nahar” qəzeti məlumat yayıb .

Məlumata görə, Lattakiyada yerləşən məqbərədə Hafiz Əsədin həyat yoldaşı Anisa Maxlouf və 1994-cü ildə avtomobil qəzasında həlak olan böyük oğlu Basil də dəfn olunub.

Qəzetin yazdığına görə, yanğın törədənlərin üzləri maskalarla gizlədilib.

Seçilən
38
2
axar.az

3Mənbələr