AZ

Bloomberg: Mask tarixdə sərvəti 400 milyard dolları keçən ilk şəxs oldu

İlon Mask tarixdə sərvəti 400 milyard dollara çatan ilk şəxs olub.

 

Sfera.az xəbər verir ki, bu hrədə Bloomberg məlumat yayıb.
 

Nəşrin məlumatına görə, onun sərvətinin artmasının ən son katalizatoru SpaceX səhmlərinin insayder satışı olub, nəticədə Maskın xalis sərvəti təxminən 50 milyard dollar artaraq 439,2 milyard dollara çatıb.
 

Çərşənbə günü SpaceX və onun investorları şirkətin işçilərindən və digər sahiblərindən 1,25 milyard dollar dəyərində səhm almağa razılaşıblar. Kosmik firmanı təxminən 350 milyard dollar dəyərində qiymətləndirən müqavilə SpaceX-i dünyanın ən dəyərli özəl startapı edir.
 

Maskın varidatı 2022-ci ilin noyabrında kəskin şəkildə dəyişib, onun sərvəti 200 milyard dollardan çox azalıb, lakin Donald Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra iş adamının sərvəti kəskin artıb və Mask onun ən görkəmli sponsoru və dəstəkçisi olub. Trampın özünü idarə edən avtomobillərin tətbiqini asanlaşdıracağını və Teslanın rəqiblərinə kömək edən elektrikli avtomobillər üçün vergi güzəştlərinə son qoyacağını dediyi seçki kampaniyasından sonra Tesla səhmləri təxminən 65% artıb.

İnci

Seçilən
71
1
sfera.az

10Mənbələr