AZ

Azərbaycanlı iş adamı ev dustaqlığına buraxıldı

“Ximki” futbol klubunun əsas investoru Tufan Sadıqov ev dustaqlığına buraxılıb.

"Unikal" xəbər verir ki, bu yaxınlarda azərbaycanlı iş adamının şirkətlərində axtarışlar aparılıb. İlkin olaraq, maliyyəçinin saxlanması Moskva yaxınlığındakı klubun işi ilə deyil, şəxsi kommersiya fəaliyyəti ilə bağlı olub. O, rüşvətxorluqda şübhəli bilinib. İstintaq həbsdə israr etsə də, sonda məhkəmə Sadıqovu yalnız ev dustaqlığına göndərib.

Əvvəllər mətbuatda “Ximki”də maaşların 3 aylıq gecikməsi ilə bağlı məlumatlar yayılsa da, Sadıqov bu faktları təkzib edib.

Seçilən
51
4
unikal.az

5Mənbələr