AZ

Misirdən İsrailin Suriyanı bombaamasına SƏRT REAKSİYA

Misir İsrailin Suriyanın hərbi infrastrukturunu atəşə tutmasını və yəhudi dövlətinin Colan təpələrindəki hərəkətlərini pisləyib. Bunu beynəlxalq hüququn pozulması hesab etdiyini bəyan edib.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanatı Misir Xarici İşlər Nazirliyi yayıb.

“Misir İsrailin Suriyanın hərbi infrastrukturuna qarşı sistematik təcavüzünü, eləcə də Suriya ərazilərinin işğalı yolu ilə təsir zonasını genişləndirmək cəhdlərini qətiyyətlə pisləyir”, - sənəddə deyilir.

Qahirə hesab edir ki, İsrail hakimiyyəti “Suriyada yaranmış siyasi boşluqdan faydalanmağa çalışır”.

Misir Xarici İşlər Nazirliyi həmçinin BMT Təhlükəsizlik Şurasını və dünya ictimaiyyətini “İsrailin eskalasiyasını dayandırmaq üçün tədbirlər görməyə” çağırıb.

Dekabrın 8-i səhər saatlarında İsrail ordusu 1974-cü ildən İsrail və Suriyanın nəzarəti altında olan əraziləri bir-birindən ayıran Qolan təpələrindəki bufer zonada mövqelər tutduğunu açıqlayıb. Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu əmin edib ki, bu, Suriya istiqamətində ölkəsi üçün potensial təhlükələrin qarşısını almaq məqsədi daşıyan müvəqqəti müdafiə tədbiridir.

Eyni zamanda, İsrailin Suriya ərazisinə hava zərbələri endirməsi ilə bağlı ordu nümayəndələri hələlik rəsmi açıqlama verməyib.

İsrail ordusunun "Qaley TSAXAL" radiosunun dekabrın 10-da verdiyi məlumata görə, Suriyada hakimiyyət dəyişikliyindən bəri İsrail Hərbi Hava Qüvvələri Ərəb Respublikasında 250-dən çox hərbi obyektə hücum edib.

Zaur, BakuPost
Seçilən
41
bakupost.az

1Mənbələr