AZ

Suriyanın bütün ərazilərinə patrul dəstələri yerləşdirilir

Suriyanın keçid hökuməti təhlükəsizliyi təmin etmək üçün ölkə ərazisinə patrul dəstələri yerləşdirmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Baş nazir vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir dünən ərəb respublikasında “xilas hökuməti”ndən bir neçə nazirdən ibarət müvəqqəti hökumətin qurulduğunu bildirib. Onun sözlərinə görə, hökumət ölkənin dağılmasının qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək və dövlət institutlarının sabitliyini qoruyacaq.


Müəllif: Arzu
Seçilən
53
teleqraf.com

1Mənbələr