AZ

Baş nazir qaçqınları Suriyaya çağırır

Baş

Suriya müvəqqəti administrasiyanın baş naziri Məhəmməd əl-Bəşir bəyan edib ki, birinci məqsədləri Suriyanın bütün şəhərlərində təhlükəsizlik və sabitliyi təmin etmək, ikinci hədəfləri isə milyonlarla suriyalını geri qayıtmaqdır.

Reyting.az
xəbər verir ki, İtaliyanın “Corriere della Sera” qəzetinə danışan Bəşir böyük çətinliklərin olduğunu bildirib.

“Yalnız 2025-ci ilin martına qədər (hakimiyyətdə) qalacağıq”, - deyən müvəqqəti baş nzir əlavə edib: “Borc böyükdür, çətinliklər böyükdür, lakin uğurlu İdlib təcrübəmiz var. Təbii ki, bu şəhər və ya ölkə deyil, amma biz bunu edə bilərik”.

Son illərdə çoxlu suriyalının zülmə məruz qaldığına diqqət çəkən Bəşir qeyd edib ki, qətliamlara görə məsuliyyət daşıyanlar artıq beynəlxalq və qeyri-hökumət təşkilatları tərəfindən sənədləşdirilib və Suriya qanunlarına uyğun olaraq mühakimə ediləcəklər.

“Birinci məqsədimiz Suriyanın bütün şəhərlərində təhlükəsizlik və sabitliyi bərpa etməkdir. İnsanlar haqsızlıqdan, zülmdən yorulub. Dövlətin səlahiyyəti imkan verməlidir ki, insanlar öz işlərinə, normal həyata qayıtsınlar. İkinci hədəfimiz milyonlarla suriyalı qaçqının geri qayıtmasını təmin etməkdir. Onların təcrübələri və insan kapitalı ölkəni inkişaf etdirəcək. Xaricdəki bütün suriyalılara çağırışım budur; Suriya indi öz qürurunu və şərəfini qazanmış azad ölkədir. Geri qayıdın! Biz ölkəmizi yenidən qurmalıyıq, yenidən doğulmalıyıq, hamının köməyinə ehtiyacımız var”, - deyə Məhəmməd əl-Bəşir əlavə edib.

V. QULİYEV
Seçilən
61
reyting.az

1Mənbələr